AZ

"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"

Yunanıstanın "Aris" komandası "Araz-Naxçıvan"ı təhlil edib.

"Report" xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:

"Bu mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl "Qəbələ" klubuna rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Seçilən
65
1
report.az

10Mənbələr