“Bazarstore” supermarketlər şəbəkəsinin növbəti dəfə müştəriləri aldatdığı üzə çıxıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, şəbəkə bununla bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimələnib.
Belə ki, “Bazarstore” Agentlik tərəfindən bu ilin iyun ayının 10-da inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.
Məlum olub ki, “Bazarstore” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.
Qeyd edək ki, bu tipli hallar supermarketlər tərəfindən tez-tez baş verir. “Bazarstore” bundan əvvəl fevral ayında eyni pozuntu halı bağlı cərimələnmişdi. Görünən odur ki, cərimə və inzibati tədbirlər hələ də effektiv deyil.
Xatırladaq ki, “Bazarstore” “Azərsun Holdinq”ə daxildir.
NARA