“Dünən bir az çətin keçdi. Konfransa gecikdiyimiz üçün üzr istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Yunanıstan təmsilçisi “Aris”in baş məşqçisi Marinis Uzunidis Bakıda “Araz-Naxçıvan”a qarşıkeçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını bildirib: “Bu gün məşq edəcəyik. Artıq sabah vacib görüşümüz var. Biz də həmin oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.