AZ

Azərbaycan-Rusiya telekommunikasiya şirkəti ləğv olunur

Azərbaycan-Rusiya birgə müəssisəsi olan "C-Ring Telecom" MMC ləğv olunduğunu elan edib. 

Valyuta.az xəbər verir ki, şirkət 2009-cu ilin may ayında 20 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdı.

"C-Ring Telecom" MMC-nin təsisçiləri Azərbaycanın "Azərtelekom" MMC və Rusiyanın "Sinterra" QSC şirkətləridir. Hər iki tərəf nizamnamə kapitalında 50 faizlik paya malik olub.

Qeyd edək ki, 2023-cü ildə "Azərtelekom" MMC ilə "C-Ring Telecom" MMC arasında kredit müqaviləsinə dair mübahisə yaranmışdı.

Mayya Hüseynova 

Seçilən
20
valyuta.az

1Mənbələr