AZ

İran peykini “Soyuz” raketi ilə kosmosa buraxacaq

İran iyulun 25-i peykini Rusiyanın Vostoçnı Kosmodromundan “Soyuz” raketi ilə kosmosa göndərəcək.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, buraxılış İran vaxtı ilə saat 09:54-də baş tutacaq.

Bildirilir ki, İran Kosmik Agentliyi və Kosmik Araşdırmalar Mərkəzinin loqoları raketin üzərində əks olunub.

Qeyd edək ki, bu, Rusiya tərəfindən elmi, tədqiqat və kommersiya məqsədli çoxlu peyk buraxılış proqramının bir hissəsidir.

Fatimə Şahverdiyeva

Seçilən
85
2
qafqazinfo.az

3Mənbələr