"Lids" "İnter"in hücumçusu Mehdi Tareminin transferində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "İnter" 33 yaşlı iranlı futbolçunu satışa çıxarıb. "Lids" onun üçün "Beşiktaş" və "Fulhem"lə rəqabət aparmaq niyyətindədir.
2024/25 mövsümündə Taremi "İnter"in heyətində bütün yarışlarda 43 matçda 3 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 3,5 milyon avro qiymətləndirir.