KONFRANSI KEÇİRİLİB
18 iyul 2025-ci il tarixində “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” və “Medical Media”nın təşkilatçılığı ilə “İdman travmalarının müalicəsi: yeniliklər nədir?” mövzusunda konfrans keçirilib.
Tədbir Medical Media-nın Konqres zalında baş tutub.Konfransda idman travmalarının müalicəsində tətbiq edilən ən son yeniliklər müzakirə edilib, bu sahənin qabaqcıl mütəxəssisləri öz təcrübələrini paylaşıblar. Konfrans həm “offline” canlı izləmə, həm də “online” formatda həyata keçirilib.
Tədbirdə ölkənin qabaqcıl fizioterapevtləri, travmatoloq-ortopedləri, terapevtləri, revmatoloqları, artroloqları və idman həkimləri iştirak ediblər.Konfransda iştirak edən həkimlər 6 DTT kredit balı ilə dəyərləndirilib və onlara sertifikat təqdim olunub.
Konfransın moderatorları Prof. Dr., travmatoloq-ortoped Aydın Qəhrəmanov və T.Ü.F.D., Dr., travmatoloq-ortoped Ayaz Hümbətov olublar. T.Ü.F.D., Dr., travmatoloq-ortoped Rəşad Zeynalov, Prof. Dr., travmatoloq-ortoped Cəfər Nəsirli, Uzm. Dr., travmatoloq-ortoped Elxan Qasımov, Uzm. Dr., travmatoloq-ortoped Yasin Haxverdiyev, Uzm. Dr., travmatoloq-ortoped Ayaz Əfəndiyev, Uzm. Dr., fizioterapevt və reabilitoloq Samir Cəlilov çıxış edib. Sonda zalda olan iştirakçıların, həmçinin “online” izləyicilərin sualları cavablandırılıb.