Azərbaycan II Liqasında mübarizə aparacaq “Şəmkir”də baş məşqçi təyinatı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Vüqar Nadirova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Nadirov ötən mövsüm də komandaya rəhbərlik edib. “Şəmkir” II Liqanı 5-ci sırada bitirib.