AZ

Suriya terrorçularla mübarizə üçün Türkiyədən hərbi yardım istəyir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Suriya hökuməti “terror qrupları” ilə mübarizədə Türkiyədən rəsmən hərbi yardım istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Suriya rəhbərliyi özünün müdafiə potensialını gücləndirmək və bütün terror qruplaşmaları, ilk növbədə İslam Dövləti (İŞİD) ilə mübarizədə Türkiyədən rəsmi şəkildə kömək istəyib. Bu müraciətə uyğun olaraq, biz SAR-ın müdafiə potensialını gücləndirmək üçün təlimlər, məsləhətlər və texniki dəstək göstərmək üzrə işi davam etdiririk”, - deyə nəşr mənbəyə istinadən yazıb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən həftə Suriyanın cənubunda gərginlik artıb: Əs-Suveyda əyalətində bədəvilərlə druzlar arasında şiddətli toqquşmalar baş verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr