AZ

GAMAC: İran rejiminin əsassız iddiaları regiona nifaq toxumu səpmək məqsədi daşıyır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Son vaxtlarda İran fars molla rejiminin Azərbaycana qarşı mediadan və xüsusilə də İran adlanan ölkənin parlamentindən səsləndirdiyi təhdid və ittihamların intensivləşməsi molla rejiminin qərəzli siyasətinin planlı və sistematik xarakter daşıdığını göstərir və bu Güney Azərbaycanda ciddi narahatlıq doğurur.

Bizimyol.info xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) bəyanatında qeyd edilib.

Bəyanatda qeyd olunur ki, molla fars rejiminin İsrailə məxsus PUA-ların guya Azərbaycan ərazisindən İrana yönləndirildiyi barədə səsləndirdiyi əsassız iddiaları beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də Azərbaycanın bu məsələdə şəffaf və rəsmi mövqeyinin bilərəkdən təhrif olunmasına yönəlib.

"Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi  olaraq bildiririk ki, İran fars molla rejiminin bu əsassız iddiaları regional sabitliyi təhdid etməklə bərabər, həm də Quzey və Güney Azərbaycan arasında nifaq toxumu səpmək məqsədi daşıyır.

Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi  olaraq İran fars molla rejimindən regionda sabitliyin təminatçısı olan Azərbaycan dövlətinə qarşı apardığı əsassız iddialarına son qoymasını tələb edir və bəyan edirik ki, Azərbaycan dövlətinin təhlükəsizliyi və suverenliyinə yönəlmiş hər hansı təhdid qarşısında Azərbaycan Türk milləti bir yumruq kimi birləşəcək, Azərbaycan dövlətinin yanında dayanacaq və fars molla rejiminin bütün təxribatçı siyasətlərinə qarşı prinsipial və sarsılmaz mövqe sərgiləyəcəkdir", - deyə bəyanatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
bizimyol.info

1Mənbələr