AZ

"Neftçi"nin Avropa Kubokunda rəqibləri bəlli olub

FİBA Avropa Kubokunun 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Almaniyanın Münhen şəhərində baş tutub.

Qırx komanda 10 qrupa bölünüb. Təmsilçilərimizdən "Neftçi" "İ" qrupunda yer alıb. "Ağ-qaralar"ın qrupunda Türkiyənin "Bursaspor", Estoniyanın "Kalev/Kramo" və Polşanın "Trefl Sopot" komandaları da yer alıb.

Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" isə turnirə təsnifat mərhələsindən start verəcək. Komandamızın rəqibi Kiprin "Anartosis" klubu olacaq. Yarımada təmsilçisi rəqibini mübarizədən kənarlaşdırmağı bacararsa, "H" qrupunda yer alacaq. Burada İspaniyanın "Kasademont Zaraqoza", Macarıstanın "Falko Sombateli" və Danimarkanın "Bakken Birs Arus" klubları ilə qarşılaşacaq.

Basketbolçularımız Avropa çempionatında 12-ci olub

Millimiz Dünya Seriyasının finalına yüksəlib

Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində

Millimiz Avropa çempionatında 5-ci olub

Milli komandamız Çinlə üz-üzə

Seçilən
61
2
apasport.az

3Mənbələr