AZ

Vüqar Nadirov “Şəmkir”də qaldı - Rəsmi

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov İkinci Liqa təmsilçisi “Şəmkir”in baş məsqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Vüqar Nadirov 2024-cü ilin noyabr ayında “Şəmkir”in baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsümü 5-ci yerdə başa vurmuşdu. Bu yay onun klubdan ayrıldığı bildirilirdi. Lakin göründüyü kimi, klub rəhbərliyi yeni mövsümdə də Nadirovun rəhbərliyi altında çıxış etməyi üstün tutub.

38 yaşlı mütəxəssis “Şəmkir”dən öncə “Hypers Quba” (indiki “Quba”) komandasını da çalışdırıb.

Seçilən
118
arena.az

1Mənbələr