AZ

ARDNF-in investisiya portfelində Avropa ölkələrinin payı artıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) investisiya portfelinin 31,4%-ni Avropaya yatırılaninvestisiyalar təşkil edib.

Trend bubarədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faizbəndi çoxdur. Belə ki, 2024-cü ilin iyulun 1-nə ARDNF-nininvestisiya portfelində Avropaya yatırılan investisiyaların həcmi30,7% idi.

Bununla yanaşı, cari ilin iyulun 1-nə Fondun investisiyaportfelinin 25,3%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü iləmüqayisədə 7,8 faiz bəndi az), 9,1%-ni Asiyaya (3,7 faiz bəndiçox), 1,4%-ni Yaxın Şərqə, 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya(0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eynidövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nəbərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndiçox).

Qızıla investisiyalar portfelin 28,8%-i (ötən ilin eyni dövrüilə müqayisədə 14 faiz bəndi çox), beynəlxalq maliyyətəşkilatlarına investisiyalar isə portfelin 43%-i (ötən ilin eynidövrü ilə müqayisədə 4,6 faiz bəndi az) qədər olub.

Seçilən
65
az.trend.az

1Mənbələr