Vüqar Nadirov Azərbaycan 2-ci Liqası təmsilçisi “Şəmkir”in baş məşqçisi təyin olunub.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə “1+1” illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüqar Nadirov iyunun ortalarında Fanat.az-a açıqlamasında “Şəmkir”in baş məsqçisi postunu tərk etdiyini bildirmişdi. Komanda onun rəhbərliyi altında son mövsümü 5-ci yerdə başa vurmuşdu.