AZ

Azərbaycan yığmasının sabiq üzvü Qırğızıstan klubunda

Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Dmitri Nağıyevin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Qırğızıstan təmsilçisi “Ozqon”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nağıyev son olaraq bu ölkənin “Muras” klubunda forma geyinib. O, daha öncə Azərbaycanda “Sumqayıt”, Moldovada “Dinamo-Avto”, Ukraynada “Dnipro”da forma geyinib.

Seçilən
15
1
futbolpress.az

2Mənbələr