Bakı. Trend:
Bu ilin iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiyaqoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 46,4%-i “AA”reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz bəndi çox)olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərinxüsusi çəkisini 63,8%-dən 21,5%-ə endirib.
Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 10,3%-dən19,1%-ə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 7%-dən 12,6%-ə,qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,3%-dən0,4%-ə yüksəldib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar vədigər pul bazarı alətlərinin 29,6 %-i 1 ildən 3 ilədək, 29,4%-i 5ildən artıq, 26,2%-i 3 ildən 5 ilə qədər, 14,8%-i isə 1 ilə qədərmüddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq27,1%, 28,1%, 24,3 % və 20,5% təşkil edib.