Bakı, 23 iyul, AZƏRTAC
Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2 min 720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H. Həmidli, əvvəllər məhkum olunmuşlar - 32 yaşlı H. Hüseynov və 50 yaşlı Ə. Qədimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.