Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərənbankların kredit portfelinin həcmi açıqlanıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, kredit portfelinin həcmi ən yüksək olan bankAzərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın kredit porfelininhəcmi 6,643 milyard manat təşkil edib.
İkinci sırada 5,372 milyard manat kredit portfeli ilə "KapitalBank" dayanıb. Siyahının üçüncü pilləsində isə 3,281 milyard manatkredit porfeli ilə "PAŞA Bank" qərarlaşıb.
Kredit porfelinin həcmi ən az olan bank isə "Bank Melli İran"Bakı filialı olub. Bankın kredit porfelinin həcmi 1,116 milyonmanat təşkil edib.
Banklar | Kredit portfeli (Min manat) | |
1 | ABB | 6 642 656,91 |
2 | Kapital Bank | 5 371 839,00 |
3 | PAŞA Bank | 3 280 866,00 |
4 | Xalq Bank | 1 844 709,80 |
5 | Bank Respublika | 1 525 723,88 |
6 | AccessBank | 1 224 625,00 |
7 | UniBank | 1 205 288,34 |
8 | YeloBank | 995 230,67 |
9 | RabitəBank | 909 743,46 |
10 | Bank of Baku | 817 018,92 |
11 | AzərTürkBank | 806 467,00 |
12 | Turan Bank | 695 798,00 |
13 | ZiraatBank | 625 646,80 |
14 | Expressbank | 502 649,00 |
15 | Premium Bank | 475 451,00 |
16 | YapıKrediBank | 384 484,29 |
17 | Azərbaycan Sənaye Bankı | 304 249,85 |
18 | BTB Bank | 270 721,53 |
19 | VTB Bank | 237 495,00 |
20 | AFB Bank | 202 906,37 |
21 | Bank Avrasiya | 133 269,50 |
22 | Bank Melli Iran | 1 116,35 |