“Mərkəzi Bankın uçot dərəcəsini endirmək qərarı inflyasiya ilə bağlı gözləntilərlə əlaqədardır. İnflyasiya ilə bağlı gözləntilər hazırda Mərkəzi Bankın hədəf inflyasiyası çərçivəsindədir. Hazırda 6 faizdir və Mərkəzi Bank gözləyir ki, bu rəqəm 5.7 faizədək azalacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, valyuta bazarındakı stabillikdə belə bir qərarın verilməsinə dəstək verir:
“Mərkəzı Bankın uçot dərəcəsini endirmək qərarı inflyasiya ilə bağlı gözləntilərlə əlaqədardır. İnflyasiya ilə bağlı gözləntilər hazırda Mərkəzi Bankın hədəf inflyasiyası çərçivəsindədir. Hazırda 6 faizdir və Mərkəzi Bank gözləyir ki, bu rəqəm 5.7 faizədək azalacaq. Bu dövrdə dünya əmtəə bazarlarında da qiymətlərdə azalma var. 0.6 faiz əmtəə qiymətlərində, 4.2 faiz isə ərzaq qiymətlərində ucuzlaşma olub. Marqarita pizza
Bu gözləntilər Mərkəzi Bankın uçot dərəcələrinin cüzi olaraq aşağı salınmasına gətirib çıxarır. Mərkəzi Bank uzun müddət uçot dərəcəsini bu intervalda saxlayırdı. Bazarlarda əhəmiyyətli volotillik olmayıb. Artıq Mərkəzi Bank hesab edir ki, inflyasiya da gözləntilərə uyğun hərəkət edir. Faiz dərəcələrini bir qədər aşağı salmağın vaxtıdır. Burada təbii ki, valyuta bazarındakı stabillikdə belə bir qərarın verilməsinə dəstək verir. Çünki Mərkəzi Bankın bəyənatından bu anlaşılır ki, yanvar-iyun aylarında valyuta satışı valyuta alışından çox olub. Eyni zamanda enerji qiymətlərinin yüksək olması və Gömrük Komitəsinin bəyan etdiyi 1.4 milyard dollarlıq profisit maliyyə stabilliyinin olacağına dair əminlik formlaşdırır. Nəticə etibarı ilə faiz dərəcələri bir qədər aşağı salınır”.
Ekspert vurğulayıb ki, ölkəmizdə uçot faiz dərəcəsinin kredit faiz dərəcəsinə təsiri çox azdır:
“Çox təəssüf ki, ölkəmizdə uçot faiz dərəcəsinin kredit faiz dərəcəsinə təsiri çox azdır. Son 1 il ərzində kredit bazarında müxtəlif kredit növləri üzrə 3-4 faizlik bahalaşma var. Mərkəzi Bankın faiz dərəcəsini aşağı salması kommersiya bazarında faiz dərəcələrinin aşağı salınmasına əhəmiyyətli təsir etməyəcək. Burada digər məqam ondan ibarətdir ki, dünya ticarət müharibələri də bir qədər səngiyib. Bu isə qeyri-müəyyənliyi bir qədər aşağı salır. Bu da əmtəə qiymətlərində kəskin təzyiqi azaldır. Bütün bu gözləntilər çərçivəsində Mərkəzi Bank faiz dərəcəsini aşağı salır. Amma hələ də ümumi kredit bazarındakı faizlərə bunun təsir edəcəyini güman etmirəm. Bunun üçün Mərkəzi Bank məcburi ehtiyat normalarında da müəyyən dəyişikliklərə getməlidir. Hələlik isə onun siqnalını vermir”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Bildirilib ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7%-ə, faiz dəhlizinin aşağı həddini 6%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-ə endirib.
Nazim Hacıyev
Telegram kanalımız