Bakı. Trend:
“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştiraketmək üçün Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnikZakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsininsədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İstanbul şəhərində keçirilən görüşdə ölkələrimizarasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəniəsaslara söykəndiyi vurğulanıb.
Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının carivəziyyətini müzakirə edib, həmçinin bu münasibətlərin daha damöhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərbarəsində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişafperspektivləri müzakirə olunub.