“İnter”in gənc hücumçusu Sebastyano Espozito yaxın vaxtlarda klubdan ayrılacaq.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu “neradzurrilər”in baş məşqçi heyətinin planlarına daxil deyil və onun yeni komandaya keçidi gözlənilir.
Espozitoya A Seriyasından üç klub maraq göstərir. Hələlik bu klubların adları açıqlanmasa da, danışıqların davam etdiyi bildirilir. “İnter” hər iki tərəf üçün ən uyğun variantı tapmağa çalışır.
Geridə qalan mövsümdə Espozito “Empoli”də icarə əsasında çıxış edib və A Seriyada 33 oyunda 8 qol vurub. “Transfermarkt” onun cari bazar dəyərini 8,5 milyon avro olaraq qiymətləndirir.