AZ

İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi "Atletiko"ya keçib

İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi Mark Pubil "Almeriya"dan Madrid "Atletiko"suna keçib.

"Report" xəbər verir ki, bu barədə "Atletiko"nun rəsmi saytı məlumat yayıb.

O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan İspaniya millisinin heyətində yer alıb.

Seçilən
124
1
report.az

2Mənbələr