AZ

"Atletiko Madrid" İspaniya millisinin üzvünü transfer etdi

"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Madrid təmsilçisi "Almeriya"dan Mark Pubili transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" İspaniya U-21 millisinin üzvü üçün 2-ci Liqa klubuna 16 milyon avro təzminat ödəyəcək. 22 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mark Pubil ötən mövsüm "Almeriya"nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
110
operativmedia.az

1Mənbələr