AZ

Əl Ərəbiyyə: İsrail geri çəkilsə belə, Hizbullah silahı yerə qoymaqdan imtina edir

Livanın “Hizbullah” şiə hərəkatı İsrail qoşunlarının Livan ərazisindən tamamilə çıxarılması halında belə, bölmələrinin tərksilah edilməsi və silahların hökumət qüvvələrinə təhvil verilməsi ehtimalını rədd edib.

NOCOMMENT.az bildirir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, Hizbullah vurğulayır ki, “onun rəhbərliyindən heç biri silahların ötürülməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil”. Bundan əlavə, hərəkat liderləri “hər hansı digər tərəf” müvafiq öhdəliyi üzərinə götürsə belə, bu tələbin yerinə yetirilməsinə razılaşmır və məcburi tərksilah olacağı təqdirdə prezident aparatı və ölkə hökuməti ilə münasibətləri gərginləşdirməyə hazırdır.

Eyni mənbələr qeyd edirlər ki, Hizbullahın silahların təhvil verilməsi məsələsində mövqeyi Livan kabinetində narazılığa səbəb olub, çünki bu, prezident Cozef Aunun və hökumətin hərəkatın ixtiyarında olan silahları məhdudlaşdırmaq kursuna uyğun gəlmir.

İyunun 19-da Beyruta səfəri zamanı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Hizbullah silahlarının Livan ordusuna təhvil verilməsi üçün qrafik hazırlamağı təklif edib. O, bu prosesin Livanın bütün ərazilərini əhatə etməli və bu ilin noyabr ayına qədər başa çatdırılmasını təkid edib. İyulun 20-də Amerika nümayəndəsi Livan prezidenti ilə danışıqlar apardı və o, Livan-İsrail nizamlanmasına dair ABŞ-ın sülh təkliflərinə yazılı cavab verdi. Bu, respublika hökumətinin ölkənin bütün sərhədləri üzərində nəzarəti bərpa etmək və silahları müstəsna olaraq Livan ordusunun əlində cəmləşdirmək istəyini təsdiqləyirdi. Öz növbəsində Barak bəyan edib ki, ABŞ Vaşinqtonun hələ də terror təşkilatı hesab etdiyi Livan Hizbullahının gələcəyi ilə bağlı məsələlərə müdaxilə etmək niyyətində deyil. Eyni zamanda, o, 2024-cü il noyabrın 27-də bağlanmış Livan-İsrail atəşkəs razılaşmasının “uğurla taclanmadığını” etiraf edib və Vaşinqtonun öz bölmələrini Livandan çıxarmaq üçün “İsrailə hər hansı təzyiq göstərmək niyyətində olmadığını” vurğulayıb.

Seçilən
31
nocomment.az

1Mənbələr