AZ

Luka Yoviç BƏƏ-yə yollanır

“Milan” sabiq hücumçusu Luka Yoviç karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

90deqiqe.Az-ın “UAE Sport News”a istinadən verdiyi məlumata görə, serbiyalı forvard “Şarca” klubu ilə müqavilə imzalamağa çox yaxındır. Transferin artıq son mərhələyə çatdığı və 27 yaşlı futbolçunun yaxın günlərdə rəsmi olaraq təqdim ediləcəyi bildirilir.

Yeni müqaviləyə əsasən, Yoviç BƏƏ klubunda illik təxminən 7 milyon avro məvacib alacaq. O, iyunun sonunda “Milan”dan ayrılmışdı – müqaviləsinin müddəti başa çatmış və klub onunla yolları yeniləməmişdi.

Yoviç “rossoneri”nin heyətində cəmi bir mövsüm keçirsə də, bu müddət ərzində 47 oyuna çıxaraq 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
33
90deqiqe.az

1Mənbələr