“Bravo” supermarketlər şəbəkəsi (“Azərbaycan Supermarket” MMC) müştəriləri aldatmaqda davam edir.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, şəbəkə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən növbəti dəfə cərimələnib.
Belə ki, “Bravo” Agentlik tərəfindən bu ilin iyunun 23-də inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.
Məlum olub ki, “Bravo” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.
Qeyd edək ki, bu tipli hallar supermarketlər tərəfindən tez-tez baş verir. “Bravo” bu ilin fevral, aprel aylarında və may ayında iki dəfə eyni pozuntuya yol verib. Ümumilikdə bu il ərzində “Bravo” qiymətdə müştəriləri aldatdığı üçün beş dəfə cərimələnib. Prosesin təkrarlanması isə onu göstərir ki, cərimə və inzibati tədbirlər hələ də effektiv deyil.