AZ

Mark Pubill “Atletiko”da

İspaniyanın “Almeriya” klubunun sağ cinah müdafiəçisi Mark Pubill bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Atletiko” bu keçid üçün “Almeriya”ya 16 milyon avro ödəyib. 22 yaşlı ispan futbolçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Mark Pubill “Manresa” və “Espanyol”un yetirməsi olsa da, peşəkar karyerasına “Levante”də başlayıb. O, 2023-cü ildən “Almeriya”da çıxış edirdi. Müdafiəçi bu klubun əsas komandasının heyətində 63 oyuna çıxıb, 2 qol və 8 assistlə yadda qalıb.

Pubill İspaniyanın U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2024-cü ildə əsas millidə debüt edib. O, İspaniya millisinin heyətində 5 oyuna çıxıb, 1 qol müəllifi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
arena.az

1Mənbələr