AZ

Muxtar Babayev Pakistan iqlim naziri ilə Qlobal Cənub üçün iqlim böhranının nəticələrini müzakirə edib

Pakistanın iqlim məsələləri üzrə naziri Musadik Malik COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyevlə görüş keçirib.

“Report”un Pakistan qurumuna istinadən verdiyi məlumata görə, görüş Şamaxıda keçirilən qeyri-rəsmi iqlim görüşü çərçivəsində baş tutub.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi və onlara uyğunlaşma dəstəyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında “yaşıl tərəfdaşlığın” gücləndirilməsini müzakirə ediblər.

Pakistanlı nazir vurğulayıb ki, iqlim dəyişikliyi "təcili, ədalətli və elmi əsaslı qlobal tədbirlər tələb edən böhrandır".

M.Malik qeyd edib ki, Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin nəticələri ilə daha kəskin şəkildə üzləşirlər.

Seçilən
94
6
report.az

7Mənbələr