Vüqar Nadirov Azərbaycan II Liqası təmsilçisi "Şəmkir"in baş məsqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Vüqar Nadirov 2024-cü ili noyabrından komanda ilə çalışır və onun rəhbərliyi altında klub mövsümü liqada 5-ci yerdə başa vurmuşdu.