İran, Rusiya və Çinin yüksək rütbəli diplomatları Tehranda bir araya gəliblər.
Publika.az xəbər verir ki, üçtərəfli görüş zamanı ABŞ və Avropa arasında nüvə danışıqları, eləcə də İrana qarşı tətbiq edilən sanksiyalar müzakirə edilib.
Xarici İşlər Nazirliyinin baş direktorları səviyyəsində keçirilən görüşdə gələcəkdə üç ölkə arasında müxtəlif səviyyələrdə belə görüşlərin davam etdirilməsi barədə razılığa gəlinib.
Həmçinin, iyulun 25-də İstanbulda İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının keçiriləcəyi də açıqlanıb.