AZ

Paşinyan Bakının Zəngəzur tələbi ilə razılaşdı: Naxçıvana “Tramp körpüsü” yaradılır – SENSASİON

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət təklifi ilə razılaşıb. 

Bu barədə İspaniyanın “Periodista Digita” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, hətta Paşinyan ABŞ-la bu məsələ ilə bağlı gizli şəkildə memorandum imzalayıb. Hazırda xaricdəki erməni diasporu bu xəbərlə çalxalanır. Məlumata görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol Sünikdən (Zəngəzur-red.) keçəcək və bura “Tramp körpüsü” adlandırılacaq. Beləliklə, 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur.

Nəşr qeyd edir ki, məhz bu həll yolu Azərbaycanın 2020-ci ildən bu yana əsas tələbi idi. Nəqliyyat dəhlizinin idarə edilməsi özəl Amerika şirkətinə veriləcək. İrəvan marşrutdan istifadədən gələn gəlirin yalnız 30%-ni alacaq. Nəşrin məlumatına görə, memorandum artıq 3 ölkədə ratifikasiya olunub.

Maraqlıdır ki, memorandum ABŞ qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini nəzərdə tutur. Məlumata görə, bunlar Amerikanın adi silahlı qüvvələri deyil, özəl hərbi şirkətin təxminən 1000 döyüşçüsüdür. Onlara hətta güc tətbiq etmək səlahiyyəti veriləcək.

Məqalədə bildirilir ki, bu, Ermənistanın çoxdankı tərəfdaşı olan Fransaya da təsir edəcək:

“Ölkə praktiki olaraq Amerikanın xüsusi təyinatlı qüvvələrinin nəzarətində olacaq, ona görə də İrəvan nə Avropa İttifaqının, nə də Fransanın tərəfdaşı ola bilməz. Əslində ABŞ tamamilə yeni siyasi vəziyyət yaradır ki, Ermənistan öz söz hüququndan, Fransa isə regionda öz maraqlarını müdafiə etmək imkanından məhrum olsun.

Beləliklə, Ermənistan öz suveren ərazisinin əhəmiyyətli hissəsindən imtina etmək məcburiyyətində qalır, Azərbaycan və Türkiyə üçün heç bir təzminat almadan irimiqyaslı layihənin həyata keçirilməsinə razılaşır.

Lakin məsələnin İranla müəyyən gərginliyə səbəb ola biləcəyi güman edilir.

Globalinfo.az

Seçilən
22
1
editor.az

2Mənbələr