AZ

Ayasofya məscidi süni intellektlə qorunur

Tarix boyu üç dəfə yenidən qurulan və 15 əsrdir salamat qalan Ayasofya məscidi süni intellektlə dəstəklənən sistemlərlə qorunur.

Operativ Media bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

İstanbulun fəthindən sonra məscid kimi istifadə edilən Ayasofya 1934-cü ildə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib. 86 ildən sonra prezident sərəncamı ilə 10 iyul 2020-ci ildə yenidən məscid kimi fəaliyyətə başlayıb. Onun tarixi quruluşunu qorumaq və təhlükəsizliyi təmin etmək üçün müxtəlif tədbirlər, o cümlədən texnologiya və süni intellekt həyata keçirilir.

Bildirilib ki, həm yerli, həm də xarici ziyarətçilərin rahatlığını təmin etmək üçün tədbirlər həyata keçirilib, eyni zamanda məscidin fiziki strukturlarının zədələnməsinin qarşısını almaq üçün ən müasir təhlükəsizlik tədbirlərindən istifadə edilib.

Hazırda məscid təxminən 300 nəfərlik heyətlə xidmət göstərir.

 

Gözəl Azadəliyeva

Seçilən
47
operativmedia.az

1Mənbələr