"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa bu gün çıxacaq.
Son Azərbaycan çempionu səfərdə İrlandiyada “Şelburn” ilə üz-üzə gələcək.
Xorvatiyalı referi Ante Kulinanın idarə edəcəyi matç Dublindəki “Tolka Park” arenada, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
”Sportinfo TV” bu qarşılaşmya hərtərəfli hazırlıq görüb.
Kanalımız oyundan öncə izləyicilərin görüşünə gələcək, komandaların son durumunu dəyərləndirəcək.
Həmçinin əməkdaşlarımız matçdan sonra təkrar efirə qoşulacaq, nəticə ətrafında müzakirə aparacaq. Bzi mütləq izləyin!