Almaniya hökuməti ölkə ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirən xarici agentlərə və terrorçuluqda şübhəli bilinən şəxslərə qarşı mübarizəni gücləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, ədliyyə naziri Ştefan Hubiq terror aktı törətmək və hazırlamaq məqsədi ilə ölkəyə girişi cinayət hesab edən, həmçinin xarici dövlətlərin maraqları naminə casusluğa görə cəzaları sərtləşdirən qanun layihəsi hazırlayıb. Bundan əlavə, yeni qanun kəşfiyyat orqanlarının şübhəli agentlər üzərində casusluq imkanlarını genişləndirəcək, o cümlədən onlara evlərində dinləmə cihazları quraşdırmaq imkanı verəcək.
"Terrorçular, ekstremistlər və avtoritar rejimlər azadlığımıza hücum edir. Onlar bizim müdafiə gücümüzü sınayırlar. Biz dəqiq cavab veririk", - deyə nazir bildirib.
Qanun layihəsinin sentyabrın əvvəlində hökumətə təqdim ediləcəyi və bu ilin payızında Bundestaq tərəfindən qəbul ediləcəyi gözlənilir.