AZ

Bütün gün işləyən robot VİDEO

ain.az, Lent az portalına istinadən məlumat verir.

Çin şirkəti UBTECH yeni nəsil insanabənzər robotu Walker S2 modelini təqdim edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu robot həftənin 7 günü, günün 24 saatı fasiləsiz işləmək qabiliyyətinə malikdir və ən maraqlısı öz batareyasını özü dəyişə bilir.

Walker S2-nin xüsusiyyətləri

Boyu: 162 santimetr, çəkisi: 43 kiloqram, enerji mənbəyi: 48 voltluq ikili litium-ion batareya sistemi, yeriş müddəti: 2 saat, ayaqda qalma müddəti: 4 saat, batareyanın tam doldurulması: 90 dəqiqə

Robot əlləri və ayaqları vasitəsilə insanların yerinə yetirdiyi bir çox işi icra edə bilir. Ən mühüm yeniliklərdən biri isə insan köməyi olmadan öz batareyasını çıxarıb dəyişə bilməsidir. Enerji azaldıqda Walker S2 özü şarj stansiyasına yaxınlaşır, köhnə batareyanı çıxarıb şarj üçün qoyur və yeni batareyanı quraşdırır.

O, eyni zamanda hansı batareyanın dəyişdirilməli və ya doldurulmalı olduğunu da tapşırıqların prioritetinə görə özü müəyyən edir.

Texniki imkanları: 20 dərəcə hərəkət azadlığı, Wi-Fi və Bluetooth dəstəyi, istehsalat müəssisələrində və ya xidmət sektorunda istifadə üçün uyğundur.

UBTECH nümayəndələrinin sözlərinə görə, bu robot fabriklərdə yardımçı işçi kimi və ya müştəriləri qarşılamaq üçün istifadə edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
133
lent.az

1Mənbələr