Ajans.az Tass-a istinadən xəbər verir ki, Moskva ilə Kiyev arasında memorandumların razılaşdırılması mümkün Rusiya–Ukrayna sammiti üçün ilkin şərt kimi qəbul olunmalıdır. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. Peskov deyib: “Bu memorandumların yekunlaşdırılması üçün tələb olunan bütün işlər sammitin hazırlanmasının bir hissəsidir. Bu çətin iş görülmədən sammit üçün konkret tarix təyin etməyin mənası yoxdur.” O əlavə edib ki, əks halda “bu ağır, çox mürəkkəb və genişmiqyaslı işi ən yüksək səviyyədə görmək lazım gələcək.” Rusiya-Ukrayna arasında bu axşam İstanbulda keçirilməsi planlaşdırılan üçüncü danışıqlar raundunun gündəliyinə toxunan Peskov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski dəfələrlə sammitin təşkilinin prioritet olduğunu vurğulayıb. Lakin Kreml israr edir ki, hər iki tərəf əvvəlcə sülh prosesini əhatə edən memorandumun razılaşdırılmış mətninə dair razılığa gəlməlidir. Bu sənədin ilkin versiyaları İstanbulda keçirilən ikinci raundda tərəflər arasında mübadilə edilmişdi.