Ukrayna hakimiyyətinin Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəqilliyini məhdudlaşdırması ölkənin Aİ-yə yolunu çətinləşdirir.
NOCOMMENT.az bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefül X.
“Ukraynanın antikorrupsiya qurumlarının müstəqilliyinin məhdudlaşdırılması Ukraynanın Aİ-yə gedən yolunu çətinləşdirir. Mən Ukraynanın korrupsiyaya qarşı mübarizəni ardıcıl olaraq davam etdirəcəyini gözləyirəm”, – nazir qeyd edib.
“Bild” qəzetinin məlumatına görə, Vadeful iyulun 23-də ukraynalı həmkarı Andriy Sybihaya zəng edərək, onu ölkədə korrupsiyaya qarşı mübarizəni davam etdirməyə çağırıb.
İyulun 22-də Vladimir Zelenski Kiyevdə və ölkənin digər böyük şəhərlərində etirazlara səbəb olan NABU və SAP-ın müstəqilliyini faktiki olaraq aradan qaldıran Ali Rada tərəfindən qəbul edilmiş qanunu imzalayıb. İyulun 23-də artıq qüvvəyə minmiş qanuna əsasən, Ukraynanın Baş Prokuroru SAP prokurorlarının rəhbəri olur ki, bu da korrupsiyaya qarşı mübarizə prokurorluğunu faktiki olaraq onun tabeliyinə verir və NABU tərəfindən aparılan işlərə təsir göstərir. Bundan əlavə, qanun işlərin NABU-dan başqa orqanlara ötürülməsinə qoyulan qadağanı aradan qaldırır və Baş Prokuror artıq NABU-nun icraatını öz üzərinə götürə və digər prokurorlara verə biləcək. Ukrayna mətbuatının qeyd etdiyi kimi, qəbul edilən qanun NABU-ya, eləcə də Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin işinə əsas təsir göstərəcək.