"Amazon" Şanxaydakı süni intellekt (AI) tədqiqat laboratoriyasını bağlamaq qərarına gəlib. Eyni zamanda, Amerika konsaltinq şirkəti "McKinsey" Çin bölməsinə generativ süni intellektlə bağlı layihələrlə məşğul olmamağı əmr edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu qərarlar şirkətlər tərəfindən Vaşinqton və Pekin arasında münasibətlərdə artan gərginlik və süni intellekt texnologiyaları və kvant hesablamaları sahəsində Çində çalışan Amerika şirkətlərinə ABŞ-ın sərt təftişləri fonunda verilib.
"Amazon" məsələsində, FT Şanxay laboratoriyasındakı alim Vanq Minjieyə istinad edir. O, "We Chat" sosial şəbəkəsində komandasının ABŞ-Çin gərginliyi fonunda strateji dəyişikliklərə görə dağıldığını yazıb. "Amazon" Veb Xidmətləri bölməsi 2018-ci ildə Şanxayda laboratoriya açıb. FT-nın məlumatına görə, zirvəsində laboratoriyada 1000-dən çox insan işləyirdi.
"McKinsey"ə gəlincə, FT-nın mənbələri deyirlər ki, qadağa beynəlxalq şirkətlərin Çindəki ofislərindəki süni intellekt layihələrinə şamil edilir, lakin "McKinsey"in Çin bölməsi hələ də məhsulları artıq sübut edilmiş süni intellekt modelləri olan şirkətlərlə işləyə bilər. "McKinsey"in Çin bölməsində 1000-dən çox işçi çalışır.
Paşa Məmmədli