Bakı. Trend:
Qanazlığından şübhələnən valideynlər üçün ən vacib addımlardanbiri, vaxtında pediatra müraciət edərək, düzgün laborator analizlərvasitəsilə uşağın qan göstəricilərininin yoxlanmasıdır.
Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabındacanlı yayımda K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə qanın ümumi analiziaparılır:
“Bu analiz vasitəsilə hemoglobinin səviyyəsi, eritrositlərin(qırmızı qan hüceyrələrinin) sayı, habelə onların ölçü və tərkibimüəyyən edilir. Əgər bu göstəricilərdə dəyişiklik varsa, həkimmüvafiq olaraq qanda dəmir səviyyəsini, ferritin (dəmirin ehtiyatforması), ümumi dəmir bağlama qabiliyyəti və transferin vit b12 vəfol turşusu kimi əlavə müayinələr təyin edə bilər. Bu müayinələranemiyanın səbəbini dəqiqləşdirməyə kömək edir və həkimə doğrumüalicə planı qurmağa imkan yaradır”.
Pediatr bildirib ki, qidalanma məsələsinə gəldikdə isəqanazlığının qarşısının alınmasında düzgün və balanslı qidalanmaçox önəmlidir:
“Dəmir baxımından zəngin olan təbii məhsullar – xüsusilə maləti, qaraciyər, yumurta sarısı, qara qarağat, ispanaq, yaşılyarpaqlı tərəvəzlər, alma, nar, quru meyvələr (xüsusilə qaysı,əncir, kişmiş) və tam taxıllar uşaqların rasionuna daxiledilməlidir. Həmçinin, bu qidalarla yanaşı, dəmirin orqanizmtərəfindən daha yaxşı mənimsənməsi üçün C vitamini ilə zənginportağal, limon, kivi kimi meyvələr də gündəlik menyuda yeralmalıdır”.
X.Hacıyeva qeyd edib ki, bəzi qidalar isə dəmirin sorulmasınıazalda bilər:
“Məsələn, qara çay, qazlı içkilər, südlü və çox kalsiumluməhsullar dəmirin mənimsənilməsini zəiflədir. Buna görə də, dəmirtərkibli yeməklərlə birlikdə bu qidaların istifadəsinə diqqətyetirilməlidir. Unutmaq olmaz ki, hər bir uşaq fərdidir vəqanazlığına səbəb olan amillər müxtəlif ola bilər. Ona görə də,mütləq şəkildə həkimə müraciət olunmalı, analiz nəticələrinə uyğunfərdi yanaşma seçilməlidir. Profilaktik tədbir kimi isə düzgünqidalanma və vaxtında tibbi nəzarət əsas rol oynayır”.