Xəbər verdiyimiz kimi, Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.
İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib.
Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib.
“Cebheinfo.az” məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qrumdan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".