AZ

Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qadın cüdoçusu Aydan Vəliyeva Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

"Unikal" xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.

Startda kambocalı Seynih Kunaya qalib gələn cüdoçu daha sonra fransalı Lea Beresi mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
6
unikal.az

8Mənbələr