UFC320 və 321-in əsas döyüşləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 320-də əsas döyüş Maqomed Ankalayev və Aleks Pereyra arasında olacaq. Bu döyüşçülər bu ilin martında da üz-üzə gəlib. Ankalayev 5 raundun sonunda hakimlərin qərarı ilə rəqibini məğlub etmişdi. Dağıstanlı bu döyüşdə öz kəmərini qorumağa çalışacaq.

Eyni gecənin digər bir vacib görüşü Merab Dvalişvili və Kori Sendheqenin döyüşü olacaq. Daha öncə iki dəfə kəmərini uğurla müdafiə edən Merab üçüncü dəfə bunu etməyə çalışacaq.

Bakıda Camahal Hill məğlub edən Xalil Rauntri Veqasda İrji Proxazka ilə münasibətlərinə aydınlıq gətirəcək.

UFC320 oktyabrın 4-də baş tutacaq.

321-in əsas döyüşü isə Con Consun təqaüdə çıxmağından sonra kəmərin sahibi olan Tom Aspinalla Siril Qan qarşıdurması olacaq. Aspinall bu görüşdə kəmərini müdafiə etmək uğrunda mübarizə aparacaq.