BAKI, 23 iyul. TELEQRAF
"Uşaqların dünyagörüşünə, milli-mənəvi dəyərlərə zərərvermə ünsürləri var".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli açıqlayıb.
Nazir bildirib ki, bunun qarşısını mütləq almaq lazımdır: “Uşaqlarımızı neqativ təsirlərdən qorumalıyıq. Gələn ildən bu proses regionlarda da aparılacaq. Hesab edirəm ki, bununla da bu proses yekunlaşmış olacaq. İstəyimiz odur ki, prosesə hər kəs doğru-dürüst yanaşsın”.