AZ

Binəqədi rayonunda quldurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. 

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

İyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək
onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
71
13
operativmedia.az

10Mənbələr