AZ

Mədəniyyət naziri: Attestasiyanın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir

BAKI, 23 iyul. TELEQRAF

“Bizim sistemdə çalışan təhsilverənlərin hansı intellektual bacarığa malik olmasını ölçmək vacib idi. Attestasiyanın müsbət və mənfi tərəfləri var. Bu zamamçərçivəsində çox həssas mərhələni keçdik".

Teleqraf xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının yekunlarına dair "Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı" adlı tədbirdə Mədəniyyət naziri Adil Kərimli deyib.

“Prosesin şəffaflığına xələl gətirəcək nüanslar üzərində komanda olaraq çalışdıq. Nəticələr bəllidir. Lakin prosesin ilkin mərhələsində qarşımıza qoyulan hədəfə nail olduq. 4 minə yaxın şəxs attestasiyadan keçib. Onların arasında kəsilənlər də, çox yüksək nəticə göstərənlər də var. Məyusedici hallar da olub” - nazir bildirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr