AZ

Rusiyanın yeni elektromobili istehsala başlamadan sanksiyaya məruz qaldı

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə avtomobil istehsalçıları da daxil olub.  Avtosfer.az xəbər verir ki, bu dəfə sanksiyaya məruz qalanlar arasında Kama şirkəti (KAMAZ) və onun istehsal etdiyi bütün məhsullar daxil edilib. Şirkətin rəhbəri Sergey Koqoqin də qara siyahıdadır. 
İşin maraqlı tərəfi şirkətin layihə mərhələsində olan elektromobili “Atom”un da siyahıda yer almasıdır.  Elektromobilin hazırlanmasında Avropa şirkətləri iştirak etmir. Lakin sanksiya Rusiyanın “dost” hesab etdiyi ölkələrdən olan şirkətlərin də layihəyə marağını azaldır.

Vüqar

Seçilən
3
avtosfer.az

1Mənbələr