Bir neçə gün əvvəl Qubada itkin düşən şəxsin meyiti tapılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 21-i saat 08 radələrində Çartəpə kəndinin ərazisindəki arxın kənarından Rusiya vətəndaşı 1972-ci il təvəllüdlü Bahadir Nəcəfovun meyiti tapılıb. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Bildirilib ki, B.Nəcəfov iyulun 18-dən itkin kimi axtarılırmış. Faktla bağlı araşdırmalar Quba Rayon Prokurorluğu tərəfindən aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta