BAKI, 23 iyul. TELEQRAF
Cari ilin ikinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində əsas pay ABŞ dollarına aid olub.
Teleqraf xəbər verir ki, 66 milyard 515,2 milyon ABŞ dolları olan portfelin 44 milyard 215,9 milyon dolları bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Bu da portfelin 66,5 faizi deməkdir.
Portfeldə avronun payı 11 milyard 876,1 milyon (20,9%), ingilis funt sterlinqi 2 milyard 475,5 milyon (5,1%), Çin yuanı 11 milyon 352,5 min (2,4%), yapon yeni 130 milyon 154,6 min (1,4%), digər valyutalar isə 2 milyon 478,9 min dollar (3,7%) olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə fondun cəmi investisiya portfeli 57 milyard 931,5 milyon dollar olub. Portfelin 69,2%-i dollarda, 19,5,%-i avroda, 5%-i ingilis funt sterlinqində, hər biri 1,4% olmaqla yapon yeni və Çin yuanında, 3,5%-i isə digər valyutalarda yerləşdirilmiş vəsaitlər olub.