AZ

Uçot dərəcəsinin endirilməsi nə VƏD EDİR? - AÇIQLAMA

Ekspert Əkrəm Həsənov Mərkəzi Bankın uçot dərəcəsini 7.00%-ə endirməsi qərarına münasibət bildirib.

 

Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, bu, elə də böyük dəyişiklik deyil.

 

“Uçot dərəcəsi 7,25% 7%-ə endirilib, yəni cüzi dəyişiklikdir. Ümumən, uçot dərəcəsinin aşağı salınması o deməkdir ki, inflyasiya təhlükəsi daha azdır və Mərkəzi Bank iqtisadi aktivliyin artırılmasında, daha çox kredit götürülməsində maraqlıdır. Bilirik ki, Azərbaycanda uçot dərəcəsi inkişaf etmiş Qərb ölkələrində olduğu kimi kredit bazarına o qədər də çox təsir etmir. İnkişaf etmiş ölkələrdə bankların faizi, əmanət faizi enir. Bizdə isə heç bir təsiri olmur, çünki qiymətlər uçot dərəcəsinə, faizlərə bağlı olmur. Əsas malları və xidmətləri xaricdən alırıq və Mərkəzi Bankın uçot dərəcəsi elə də ciddi təsir etmir. Ciddi dəyişiklik olanda təsir də olur. 0,25 faiz o qədər də böyük dəyişiklik deyil”, - ekspert deyib.

 

Aytəkin Qardaşova

Tarix: 23 İyul 2025, 15:16   
Seçilən
9
pravda.az

1Mənbələr