İrəvan-Kişinyov reysini həyata keçirən “FlyOne” təyyarəsi göyərtəsində nasazlıq yarandıqdan sonra məcburi eniş edib.
Publika.az “Sputnik-Moldova”ya istinadla xəbər verir ki, insident havaya qalxdıqdan az sonra baş verib. Ekipaj yanacaq yandırmaq üçün Ermənistan ərazisi üzərində təxminən iki saat dövrə vurmaq və sonra təyyarəni təhlükəsiz yerə endirmək qərarına gəlib.
Sərnişinlər deyirlər ki, bəziləri ağır stress səbəbindən tibbi yardıma ehtiyac duyurlar. 150-dən çox insan bundan sonra nə edəcəyi ilə bağlı məlumat gözləyir.
“FlyOne” hadisəni təsdiqləyib və qeyd edib ki, “kiçik nasazlıq aşkar edilib” və eniş standart təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilib.